Kobaxidze: İki regionun işğalı şəraitində son dərəcə mürəkkəb çağırışlarla üz-üzəyik

“Əsrlər boyu ən mürəkkəb şəraitdə Gürcüstan üçün diplomatiya ölkənin salamat qalmasının və inkişafının ən mühüm vasitəsi olub və bu gün də belədir”.

Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Diplomatiya Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“İki regionun işğalı və təhlükəsizlik sahəsində son dərəcə mürəkkəb çağırışlarla üzləşdiyimiz şəraitdə ardıcıl, praqmatik və milli maraqlara əsaslanan xarici siyasətin həyata keçirilməsi ölkəmiz üçün həlledici əhəmiyyət daşıyır. Dövlət milli maraqlarını malik olduğu bütün vasitələrlə qoruyur və bu vasitələr arasında güclü diplomatik xidmət əsas rol oynayır”, - Baş nazir bildirib.