Ankara, 2 noyabr, AZƏRTAC İstanbul Arxeologiya Muzeyində ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsərinin təqdimatı keçirilib.AZƏRTAC xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy artefaktları təhvil vermək qərarına görə Amerika hakimiyyətinə təşəkkür edib.Nazir xatırladıb ki, Anadoludan qaçaqmalçılıq yolu ilə aparılan antik əşyalar 2026-cı ilin may ayında ABŞ hərrac evi tərəfindən satışa çıxarılıb. Buna cavab olaraq, Türkiyə hakimiyyəti Manhetten rayon prokurorluğuna və ABŞ Vətən Təhlükəsizliyi Təhqiqatlarına (HSI) qarşı iddia qaldırıb. Sənət əsərlərinin satışı dayandırılıb və onlar Türkiyəyə qaytarılıb.Artefaktlardan 40 ədədi Tokat vilayətinin Erbaa rayonunda aparılan qanunsuz qazıntılar zamanı aşkar edilib. “Eramızdan əvvəl 2300-2000-ci illərə aid əsərlər təxminən 70 il əvvəl ölkəmizdən Qərbə qanunsuz olaraq aparılıb”, - deyə M.N. Ersoy bildirib.Nazir Ankaranın mədəni irsin qaçaqmalçılığına qarşı mübarizəni davam etdirəcəyinə əminlik ifadə edib. Eyni zamanda, Türkiyə metropolunda Burdur vilayətindəki qədim Bubo şəhərinin yerində aparılan qazıntılar zamanı aşkar edilmiş bürünc heykəllər və digər artefaktları nümayiş etdirən sərgi açılıb. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Ankara
İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub
Mənbə: azertag.az/xeber/istanbulda_abs_den_turkiyeye_qaytarilan_100_senet_eseri_teqdim_olunub-4491402