Gürcüstan Baş naziri:

“Gürcüstan Rusiya ilə ticari-iqtisadi və humanitar məsələlər üzrə əlaqələrin möhkəmləndirilməsini qarşıya məqsəd qoyub. Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndəsi Giorgi Zurabaşvili artıq bu istiqamətdə səmərəli fəaliyyətə başlayıb”.

Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

“Məqsədimiz, əlbəttə, Rusiya ilə kommunikasiya kanallarımızı gücləndirməkdir. Müxtəlif istiqamətlərdə, o cümlədən ticari-iqtisadi əlaqələr və humanitar məsələlər üzrə çalışırıq. Bildirmək istəyirəm ki, cənab Giorgi Zurabaşvili artıq fəaliyyətinə çox səmərəli şəkildə başlayıb və bu istiqamətdə işlər davam etdiriləcək”, - Kobaxidze bildirib.

Jurnalistlərin Zurabaşvilinin Rusiya ilə münasibətlərdə indiyədək hansı konkret səmərəli addımları atdığı barədə əlavə sualına Gürcüstan hökumətinin başçısı cavab verməyib. O, bunun dövlət əhəmiyyətli, son dərəcə həssas məsələ olduğunu vurğulayıb.