Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike yeni rekorda imza atıb.
56 yaşlı mütəxəssis buna Fransa çempionatının XIV turunda “Le Havre” ilə görüşdə nail olub.
Paris təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatan matç ispaniyalı çalışdırıcının komandadakı 127-ci qələbəsi kimi tarixə düşüb.
Beləliklə, Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan baş məşqçi olub. O, bu göstəricidə 2013-2016-cı illərdə komandaya rəhbərlik etmiş Lorana Blanı geridə qoyub. Sonuncu 173 matçda 126 qələbə qazanıb. Luis Fernandes isə 244 görüşdə 125 dəfə qalib gəlib.
Xatırladaq ki, Luis Enrike 2023-cü ilin yayından bəri PSJ-yə rəhbərlik edir.