Şəki, 2 noyabr, AZƏRTAC Rəsm əsərinin bərpaya ehtiyacı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə onun ümumi vəziyyətini diqqətlə araşdırmaq lazımdır. Zaman keçdikcə əsərlərin səthində çirklənmə, boya qatında çatlar, qopmalar, rənglərdə dəyişikliklər və digər zədələnmələr yarana bilər. Bərpa prosesində əsas məqsəd əsərin orijinal xüsusiyyətlərini, rəng çalarlarını və bədii dəyərini qorumaqdır. İlk mərhələdə əsərin vəziyyəti qiymətləndirilir, mövcud zədələnmələr müəyyənləşdirilir və uyğun bərpa üsulu seçilir. Daha sonra əsərin vəziyyətinə uyğun təmizləmə və möhkəmləndirmə işləri aparılır, zəruri hallarda boya qatındakı itkilər üzərində işlənilir. Bu proses böyük diqqət, səbir və məsuliyyət tələb edir.Bu fikirləri AZƏRTAC-ın bölgəyə ezam olunan müxbirinə müsahibəsində Şəki Dövlət Rəsm qalereyasında altı ildir bərpaçı rəssam vəzifəsində çalışan Aytən Pirməmmədli deyib.Bərpaçı rəssam diqqətə çatdırıb ki, ən vacib məqam əsərə müdaxilə edərkən onun müəllifinin üslubunu və orijinallığını qorumaqdır. “Bərpa etdiyim hər bir əsər mənim üçün özünəməxsusdur. Çünki hər bir tablonun öz tarixi, öz hekayəsi və daşıdığı bir mənəvi dəyər var. Köhnə rəsm əsərləri üzərində işləyərkən insan yalnız rənglərlə deyil, həm də keçmişdən bu günə gəlib çatmış sənət nümunələri ilə təmasda olur. Məni ən çox təsirləndirən məqamlardan biri zamanın təsirinə məruz qalmış bir əsərin üzərində işləyərək onun bədii xüsusiyyətlərini yenidən üzə çıxarmaqdır. Düşünürəm ki, bərpaçı rəssamın işi yalnız zədələri aradan qaldırmaq deyil, həm də gələcək nəsillərin bu əsərləri görməsi, öyrənməsi və qiymətləndirməsi üçün onların qorunmasına töhfə verməkdir”, - deyə o əlavə edib. Şəkinin zəngin tarixi, özünəməxsus memarlığı, füsunkar təbiəti və qədim sənətkarlıq ənənələri ilə Azərbaycan mədəniyyətində xüsusi yer tutduğunu deyib: “Şəhərimizin tarixi irsi, milli geyimləri, adət-ənənələri və təbiət gözəllikləri rəssamların yaradıcılığında öz əksini taparaq keçmişimizlə bu günümüz arasında mənəvi bir körpü yaradır. Şəki Dövlət Rəsm Qalereyasında nümayiş olunan əsərlər arasında bu dəyərləri əks etdirən sənət nümunələri xüsusi maraq doğurur. Qalereyamızda sərgilənən şəkili rəssam İsmət İsmayılovun parça eskizləri və “Milli geyimdə şəkili oğlan” əsəri milli geyim ənənələrimizin və Şəkinin mədəni kimliyinin yaşadılması baxımından diqqətə layiqdir. Tahir Həmidlinin “Şəki mənzərəsi” əsəri isə doğma şəhərimizin təbiət gözəlliklərini və özünəməxsus mənzərəsini sənət dili ilə təqdim edir. Qalereyamızda, həmçinin Söhrab Ərəbovun “Gövdə” rəsm əsəri, Qüdrət Məmmədovun Məhsəti Gəncəviyə həsr olunmuş əsəri və Səbuhi Məmmədovun “Leyli və Məcnun” poemasına həsr olunmuş iki qrafik əsəri nümayiş etdirilir. Bu nümunələr Azərbaycan təsviri sənətinin mövzu və ifadə müxtəlifliyini, milli mədəniyyətimizin və ədəbiyyatımızın incəsənətdəki təcəssümünü əks etdirir. Hesab edirəm ki, rəsm əsərləri yalnız estetik zövq formalaşdırmır, həm də tariximizi, milli-mənəvi dəyərlərimizi və mədəni yaddaşımızı yaşadır. Rəssam-bərpaçı kimi mənim üçün bu əsərlərin qorunması, onların bədii və tarixi dəyərinin gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Çünki mədəni irsimizi qorumaq keçmişimizi yaşatmaq və gələcəyimizə ötürmək deməkdir”. Müxbir – Fidan Əlizadə
Bu gün
211 xəbər bu gün
Çində BYD şirkətinin istehsalı olan "Yangwang U9 Xtreme" superkarı qəzaya düşüb.
Türkiyəli aktyor Alp Navruz ilk dəfə teatr səhnəsində tamaşaçı qarşısına çıxacaq.
Çips yeməyə qarşı güclü istək hər zaman aclıqla bağlı olmur. Həkim-qastroenteroloq Olqa Çistikin sözlərinə görə, bəzi hallarda insanlar aclıqdan deyil, emosional rahatlıq və həzz axtarışından dolayı duzlu, yağlı və şirin…
İranın Hörmüz boğazında yerləşən Qeşm adasında azı beş partlayış səsi eşidilib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus iki kəşfiyyat pilotsuz uçuş aparatının ələ…
Dietoloqlar bəzi insanlarda nahardan sonra yuxululuğun yaranmasının səbəblərini izah ediblər. Mütəxəssislər yuxululuğun əsas səbəbinin karbohidratlarla zəngin qidalar olması barədə geniş yayılmış fikri təkzib ediblər…
Bakı, 3 noyabr, AZƏRTAC Yeniyetmələr arasında ikinci Olimpiya çempionumuzun Vətənə qayıtması çox sevindirici haldır. Yarışdan əvvəl də İbrahim Talıbovun qızıl medal qazanacağını gözləyirdik. Nəhayət, idmançımız verdiyi…
Amerikalı müğənni Britni Spirs şəxsi bloqunda bacısı Ceymi Linn və sabiq əri Kevin Federlayna qarşı sərt ittihamlar irəli sürərək, ailəsində onunla qul kimi rəftar edildiyini bildirib.
İspaniya Sequnda Liqasında keçirilən “Tenerife” - “Andorra” matçı futbolçunun ağır zədə alması səbəbindən yarımçıq dayandırılıb. Görüşün əlavə vaxtında “Tenerife”nin hücumçusu Xesus de Migel rəqib qapıçı Xesus Ovononun…
Rusiya, ABŞ və Ukrayna arasında işçi qrupları səviyyəsində üçtərəfli danışıqlar 10–11 noyabr tarixlərində Əbu-Dabidə (BƏƏ) keçiriləcək. Bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff "X" sosial…
Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda yük maşını ilə yüngül kommersiya avtomobilinin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, 12 nəfər yaralanıb. "TRT Haber"ə istinadən, sürücülərinin şəxsiyyəti hələ…
Birləşmiş Ştatlar NATO üzrə müttəfiqlərinə Ukrayna üçün Amerika silahlarının alınmasını nəzərdə tutan PURL proqramına töhfələri artırmaq xahişi ilə müraciət etməyi planlaşdırır. Bu barədə "Bloomberg" agentliyi məlumat…
Устаревший роутер может работать медленно, терять соединение и не получать обновления безопасности. Об этом сообщает издание Engadget, передает Day.Az со ссылкой на Lenta.ru. Журналист портала Джек Уиткомб отметил, что…
ABŞ hökuməti Ukraynaya ABŞ silahlarının alınmasını nəzərdə tutan PURL (Prioritised Ukraine Requirements List) proqramına daha çox vəsait ayırmaları üçün NATO-dan olan müttəfiqlərinə müraciət etməyi planlaşdırır
ABŞ Prezidenti Donald Tramp bəzi Afrika ölkələrinə Amerika bazarına rüsumsuz mal ixrac etmək imkanı verən ticarət güzəştləri proqramından Ruanda və Cənubi Afrikanı çıxarmaq qərarına…
Bakı, 3 noyabr, AZƏRTAC Həqiqətən, bu, sevindirici haldır. 2018-ci ildə Vüqar Talıbov Olimpiya çempionu olmuşdu. Səkkiz il keçdikdən sonra İbrahim Talıbov həmin tarixi qələbəni təkrarladı. Bu, hamı üçün sevindiricidir…
Psixoloq Yekaterina Makarova öz-özünə danışmağın səbəbləri, daxili dialoqun təsirləri və nəzarətdən çıxan səslərin hansı hallarda mütəxəssis müdaxiləsi tələb etdiyi barədə ətraflı məlumat verir.
Müğənni Elçin Hüseynov Dubaya yollanıb.
Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalını qazandıran idmançı Bakıya qayıdıb. Cüdoçu İbrahim Talıbov və onun məşqçisi Emin İsgəndərovu Heydər Əliyev Beynəlxalq…
Bakı, 3 noyabr, AZƏRTAC Məşqçilərimə və ailəmə çempion olacağıma dair söz vermişdim. Sözümün üstündə durdum, bayrağımızı yüksəklərə qaldırdım. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın yeniyetmə cüdoçusu İbrahim…
Bakı, 3 noyabr, AZƏRTAC Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalını qazandıran idmançı Vətənə qayıdıb.AZƏRTAC xəbər verir ki, cüdoçu İbrahim Talıbov və onun məşqçisi Emin…
Bakı. Trend: “Qızıl top”un (“Ballon d'Or”) qalibi Hari Keyn Almaniyanın “Bavariya” klubu ilə yeni müqavilə imzalamaq ərəfəsində olduğunu təsdiqləyib. İngiltərə millisinin kapitanı klub rəhbərliyi ilə…
Mərakeşin Aqadir şəhərində Böyük Britaniyadan olan ər-arvadın qazdan zəhərlənmə ehtimalı ilə mehmanxanada həyatını itirdiyi bildirilib. "Maghreb Times"a istinadən, iki turistin meyiti hotel nömrələrinin birində…
Əgər son bir neçə ay maliyyə baxımından çətin keçibsə, üç bürc bürc noyabrın 2-dən etibarən bir qədər rahatlıq hiss edəcək. Lent.az-ın məlumatına görə, Yupiter birbaşa hərəkət edərək onları geridə qoyan bütün bloklanmış…
Avropanın daha bir ölkəsində "Halloween" bayramı zamanı uşaqlara paylanan şirniyyatların içərisində yad əşyalar aşkarlanıb. Avstriya bu cür hadisənin qeydə alındığı ikinci ölkə olub.
İran ABŞ-nin yeni hücumu baş verəcəyi təqdirdə Avropadakı Amerika hərbi bazalarına zərbələr endirə biləcəyini bəyan edib. Bu barədə “The Times” nəşri məlumat yayıb. Məlumata görə, hərbi obyektlərlə yanaşı, Avropa ilə…
Emal olunmuş ət məhsullarının müntəzəm istehlakı və ətin düzgün bişirilməməsi sağlamlığa ciddi zərər vura bilər. Dietoloq Viktoriya Kostrova kolbasa, bekon və yanmış ət qabığının təhlükələri barədə xəbərdarlıq edib…
Bakı, 3 noyabr, AZƏRTAC ABŞ və İran arasında münaqişənin başa çatdırılması ilə bağlı danışıqlarda müəyyən irəliləyiş əldə olunub.AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens bildirib.Onun sözlərinə…
Премьер-министр Израиля Биньямин Нетаньяху заявил о готовности сформировать широкое коалиционное правительство как со своими партнёрами, так и с любой политической партией, которая не поддерживает терроризм и желает…
Fransa həbsxanalarında saxlanılan məhbusların sayı oktyabrın 1-nə rekord həddə; 90,9 min nəfərə çatıb
Niderland Prokurorluğu Avropanın ən çox axtarılan cinayətkarlarından olan narkobaron Yos Leydekkersin həbsinə kömək edəcək məlumat üçün 2 milyon avro məbləğində rekord mükafat təyin edib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran münaqişənin dayandırılması barədə Vaşinqtonla ən qısa zamanda razılıq əldə etməyə çalışır. Bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində yazıb. "İran ən qısa…
Böyük Britaniya hökuməti ölkədə daimi yaşayış icazəsi almaq üçün standart gözləmə müddətini 5 ildən 10 ilə qədər artırmağı planlaşdırır. Dəyişiklik qəbul olunarsa, yüz minlərlə əcnəbinin…
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək.Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu24.com-a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı…