Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"a istinadən, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında park edilmiş beş avtomobilə - "Opel", "Hyundai", "Toyota", "Mercedes" və "Range Rover" markalı nəqliyyat vasitələrinə çırpılıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.