Van İ: Çin İranın təhlükəsizliyini qorumaq səylərini dəstəkləyir

Çin hökuməti İranın milli suverenliyini və təhlükəsizliyini qorumaq üçün atdığı addımları dəstəkləyir.

Bu barədə Çin xarici işlər naziri Van İ Pekində İran Milli Təhlükəsizlik Şurası sədrinin müavini Əli Baqeri ilə görüşündə bildirib.

O qeyd edib ki, beynəlxalq vəziyyətin qeyri-sabit olmasına baxmayaraq, iki ölkə arasındakı münasibətlər inkişaf etməkdə davam edir.