Ermənilər Melkonyan haqqında yeni film çəkdi

Ermənistanın Ordumuz tərəfindən məhv edilən terrorçusu Monte Melkonyan haqqında “Monte” adlı yeni film çəkib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, “Genetic Production” şirkətinin çəkdiyi filmin baş produseri Nona Sərkisyandır.

Film terrorçunun arvadı Seda Melkonyanın xatirələri əsasında çəkilib.

Filmin noyabrın 25-dən etibarən kinoteatrlarda nümayiş etdiriləcəyi bildirilir.

Qeyd edək ki, filmin əsas maliyyə mənbələri Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, eləcə də İrəvan meriyasıdır.

Monte Melkonyan ABŞ Dövlət Departamenti və digər ölkələrin beynəlxalq terror təşkilatı kimi tanıdığı ASALA-nın liderlərindən olub və türk diplomatlar və digər şəxslərə qarşı susi-qəsdlərdə iştirak edib.

Melkonyan 1993-cü ilin iyunun 12-də Mərzilidə gedən döyüşlər zamanı Azərbaycan Ordusunun hərbçiləri tərəfindən məhv edilib.