Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi onların biliklərinin qiymətləndirilməsindən asılıdır. Bunu APA-ya müsahibəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsahibəsində bildirib.

Nazir müavini qeyd edib ki, şagirdlərin yekun attestasiyası və biliklərinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə tənzimlənir.

“Biliyi hər hansı səbəbdən asılı olmayaraq qiymətləndirilməyən şagirdə ümumi və ya tam orta təhsil haqqında attestat verilmir”, – Firudin Qurbanov bildirib.

Nazir müavininin açıqlaması X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərin attestat alması məsələsinə aydınlıq gətirir.