Nazir direktoru işdən çıxardı - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Dəstək Mərkəzinin direktoru İsmayıl İsrafilov vəzifəsindən azad edilib.

Yurd.Media-ya istinadən, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb.

Mərkəzə rəhbərlik vəzifəsinin müvəqqəti icrası isə Nazirliyin aparat rəhbərinin müavini Nihat Muxtarlıya həvalə olunub.

Qeyd edək ki, İ.İsrafilov 2021-ci ildə o zaman əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışan Sahil Babayevin əmri ilə Mərkəzə direktor təyin olunmuşdu. O, daha əvvəl 2018-2021-ci illərdə isə Nazirliyin Tikilməkdə olan obyektlərin müdiriyyətinə direktor vəzifəsində çalışıb.