40 yaşlı kişi güllə yarasından öldü

Ağdaş sakini güllə yarasından ölüb.

40 yaşlı Rəşad Abidovun meyiti evinin həyətində aşkarlanıb.

Şəxsin ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarət sonrası vəfat etdiyi məlum olub.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma başlanılıb.