“Sülh sazişinin tezliklə imzalanması hökumətimizin siyasi öhdəliyidir”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 22-də hökumətin iclasında bildirib.
“Biz bu sənədin imzalanmasını və təsdiqlənməsini istəyirik, çünki kommunikasiyaların təkcə iqtisadi komponenti deyil, həm də sülhü möhkəmləndirmək missiyası var”, - o qeyd edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan da sülh müqaviləsinin mümkün qədər tez imzalanmasının vacibliyini bildirib.
O, 2031-ci ildə sülh müqaviləsinin imzalanacağını iddia etdiyi barədə xəbəri təkzib etdi.
“Mən bunu 2031-ci ilə qədər bildirmişdim. Yəni seçkilərdən sonrakı mandat beş il müddətinə verilib. Amma biz prosesi təxirə salmağı planlaşdırmırıq”, - Baş nazir söyləyib.