Putin G20 sammitində iştirak edəcək? - Kremldən CAVAB

Rusiya Prezidenti Vladimir Putinin dekabrda ABŞ-də keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Putin sammitə dəvət alıb, lakin iştirakla bağlı yekun qərar hələ qəbul edilməyib. Peskov bildirib ki, məsələ bütün mövcud şərtlər nəzərə alınmaqla nəzərdən keçiriləcək.

G20 sammiti dekabrın 14-15-də ABŞ-nin Mayami şəhərində keçiriləcək.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trampın sammit çərçivəsində Putinlə şəxsən görüşmək və Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mümkün şərtləri müzakirə etmək istədiyi barədə məlumat yayılıb. Məlumata görə, Tramp dekabr ayında Ukrayna ilə bağlı yekun razılaşmaya nail olmağa çalışır.

Beləliklə, Putinin sammitdə iştirakı ilə bağlı qərar verilmədiyindən onun Tramp və digər liderlərlə mümkün görüşləri barədə hələlik qəti fikir söyləmək mümkün deyil.