Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ

Bakıdakı Mərkəzi Klinikada ağır xəstəyə meyitdən ürək transplantasiyası həyata keçirilib.

Modern.az-a istinadla, əməliyyata tanınmış kardioloq-cərrah Kamran Musayev rəhbərlik edib.

Artıq xəstənin evə yola salındığı bildirilir.

Kamran Musayev donorun ailəsinə - verdikləri humanist qərarla orqan çatışmazlığından əziyyət çəkən bir neçə insana yaşamaq ümidi bəxş etdiklərinə görə təşəkkür edib.

Bu o deməkdir ki, metitin digər orqanları da orqan çatışmazlığından əziyyət çəkən xəstələrə transplantasiya edilib.