Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir

Ermənistanın baş naziri Nikol Paşinyan 2027-2028-ci illərdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını zəruri hesab edir. Ermənistan mediasına istinadən, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib."Mən demişdim ki, Azərbaycanla sülh sazişi 2031-ci ilə qədər imzalana bilər. Dəqiq desək, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq. Azərbaycanla işləməliyik", - Paşinyan bu gün jurnalistlərə deyib.Daha əvvəl Ermənistanın baş naziri Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilədək imzalana biləcəyini bəyan etmişdi.