“Azərbaycanla sülh müqaviləsini 2027–2028-ci illərdə imzalamalıyıq; bu il buna nail olmağımız isə ehtimaldan uzaqdır”.
“Sputnik Ermənistan”a istinadən, bunu Ermənistanın Baş naziri Nikol Pşainyan deyib.
O əlavə edib ki, bu məsələ ilə bağlı Azərbaycanla işləmək lazımdır.
“Bu, o demək deyil ki, sülh müqaviləsinə diqqət yetirməli olduğumuz üçün TRIPP təşəbbüsü gözləməlidir. Xeyr, bunların bir-biri ilə əlaqəsi yoxdur”,- deyə Paşinyan jurnalistlərə açıqlamasında deyib.