Azərbaycanda pərakəndə ticarətlə məşğul olan “Araz Supermarket” MMC barəsində qida məhsulunun qiyməti ilə bağlı inzibati xəta protokolu tərtib edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına əsasən, qida məhsulu üzərində göstərilən qiymətdən baha satılıb. Sentyabrın 29-da rəsmiləşdirilən protokol İnzibati Xətalar Məcəlləsinin istehlakçının malın hesabına dair az miqdarda aldadılmasını əhatə edən 447.0.1-ci maddəsi üzrə tərtib olunub.
Həmin maddəyə əsasən, hüquqi şəxslər üçün 4 min manatdan 6 min manatadək cərimə nəzərdə tutulur.
Xatırladaq ki, “Araz Supermarket” MMC-nin nizamnamə kapitalı 7 055 020 manatdır və şirkət “Veysəloğlu Şirkətlər Qrupuna” daxildir.