İspaniyanın “Barselona” klubunun hücumçusu Dani Olmo La Liqanın X turunda “Real”la keçiriləcək oyunu buraxa bilər.
Bu barədə AS nəşri məlumat yayıb.
İlkin müayinələrdə 26 yaşlı futbolçunun sol budunun əzələsində yırtıq aşkarlanıb. Bu diaqnoz təsdiqlənərsə, Olmonun bərpası 4-5 həftə çəkə bilər.
İspaniyalı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda PSJ ilə keçirilən görüşdə (2:4) zədələnib. Qarşılaşmanın 27-ci dəqiqəsində PSJ-nin yarımmüdafiəçisi Vitinya ilə toqquşan Olmo meydanı tərk edib. Onun əvəzinə Fermin Lopes oyuna daxil olub.
Futbolçunun yekun diaqnozu Barselonada keçiriləcək maqnit-rezonans tomoqrafiyasından (MRT) sonra məlum olacaq.
Qeyd edək ki, “Barselona” ilə “Real” arasında qarşılaşma oktyabrın 25-də keçiriləcək.