Paytaxtın qəsəbələrindən birində qaranlıq küçə və sahibsiz itlərin çoxluğu sakinlərin narahatlığına səbəb olub.
Vətəndaşlar axşam saatlarında küçədən keçməkdə çətinlik çəkdiklərini, itlərin isə insanlara hücum etdiyini bildirirlər.
Söhbət Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Xurşidbanu Natəvan küçəsindən gedir.
Sakinlərin sözlərinə görə, küçədə işıqlandırmanın olmaması xüsusilə axşam saatlarında hərəkəti çətinləşdirir. Ərazidə sahibsiz itlərin çox olması isə vəziyyəti daha da təhlükəli edir. İddialara görə, itlər küçədən keçən insanlara hücum edir və bu səbəbdən sakinlər yolu rahat şəkildə istifadə edə bilmirlər.
Görüntüləri olduğu təqdim edirik: