Səudiyyə Ərəbistanı Yəməndə limanı bombaladı

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənin qərbində, Əl-Hudeyda əyalətində yerləşən Ras-İsa limanına azı üç aviazərbə endirib.

"Al Arabiya"ya istinadən, bombardmanın hədəfi liman körpüləri olub, liman ərazisində partlayış səsləri eşidilib.

Hərbi əməliyyat koalisiya komandanlığının mülki sakinlərdən liman ərazisini təcili tərk etməyi tələb etməsindən dərhal sonra başlayıb.

Yəməndəki "Ənsar Allah" radikal təşkilatından olan husilərin nəzarətindəki SABA agentliyi də limana hücum edildiyini təsdiqləyib. Agentliyin məlumatına görə, zərbələr strateji neft terminalına endirilib.