Aktrisa 2,3 milyonluq saatı ilə gündəm oldu

Türkiyəli aktrisa Hande Erçelin Dubayda padel oynayarkən qoluna taxdığı saat diqqət çəkib.

Aktrisa aksesuar kimi “Audemars Piguet Royal Oak” markasını seçib. Brend saatın qiymətinin 46 min dollar (təxminən 2,3 milyon TL) olduğu bildirilir.

Erçelin idman zamanı belə bahalı aksesuara üstünlük verməsi sosial şəbəkələrdə də maraq doğurub.