Məleykə Abbaszadə səfirlə görüşdü

Türkiyənin Azərbaycandakı səfiri, professor Birol Akgün Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə yeni təyin olunan professor Məleykə Abbaszadə ilə görüşüb.

Yeni vəzifəyə təyin olunması münasibətilə Məleykə Abbaszadəni təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Məleykə Abbaszadənin rəhbərliyi ilə həyata keçirilə biləcək yeni akademik əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin inkişafı perspektivlərini də nəzərdən keçiriblər.