Azərbaycan 2-ci liqasında 13-cü tur davam edir.
Dünən start götürən turun ikinci günündə daha 3 matç baş tutacaq.
“Şəmkir” İmişlidə “Kür-Araz”ın qonağı olub. Lider “Qaradağ Lökbatan” autsayder “Şəki”ni sınağa çəkib. Sabirabadda isə autsayderlər “Marafon” (Marathon) ilə “Zəngəzur” münasibətlərinə aydınlıq gətiriblər.
Qeyd edək ki, turun açılış günündə “Hypers” “Şirvan”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Tura sabah yekun vurulacaq.
Azərbaycan 2-ci Liqası
13-cü tur
29 noyabr
“Kür-Araz” – “Şəmkir” 2:2
Qollar: Tahir Zeynalov, 2;29. – Elçin Abdullayev, 25;-pen 57.
Hakimlər: Mehdi Yusifov, Əhməd Əhmədsoy, Ruslan Məmmədov, Rasim Musayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
İmişli. Heydər Əliyev adına şəhər stadionu, 14:00.
“Qaradağ Lökbatan” – “Şəki” 18:0
Qollar: Əli Əlizadə, 9;15;18;29;43;58;61;64;65;71;80;84. Əjdər Hacılı, 23;55. Vüsal Alızadə, 26. Hüseyn Hüseynli, 31. İbrahim Novruzov 50;74.
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nahid Xasıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Marafon” – “Zəngəzur” 0:1
Qol: Elgün Abbaslı -pen 78.
Hakimlər: Sənan Bayramzadə, Cavid Ömərov, Rizvan Süleymanov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Sabirabad. “Marafon Arena”, 14:30.