İki milyon barel neft daşıyan supertanker minaya düşdü

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında iki neft tankerinin dəniz minalarına düşərək partladığını və alovlandığını iddia edib.

İran tərəfinin məlumatına görə, gəmilər Tehranın gəmiçilik üçün bağlı elan etdiyi marşrutla hərəkət ediblər.

Reklamınızı SmartBee ilə effektiv edin.

Tankerlərdən biri supertanker sinfinə aiddir və təxminən 2 milyon barel neft daşımaq tutumuna malikdir.

Hadisənin təfərrüatları və İranın iddiaları hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.