İspanlar bu gün ölkənin taleyini təyin edirlər

İspaniyada parlament seçkiləri keçirilir.

İspaniyanın Baş naziri vəzifəsinə əsas namizədlər - hazırkı Baş nazir Pedro Sançes və sağçı Xalq Partiyasının lideri Alberto Nunyes Feyjou parlament seçkilərində səs veriblər.

Feyjou jurnalistlərə açıqlamasında bildirib ki, ispanlar bu gün ölkənin taleyini təyin edirlər. Onlar İspaniyanı gələcəkdə nə gözlədiyini müəyyən edəcəklər.

İspaniya Sosialistlərinin lideri, hazırkı baş nazir Sançes isə yüksək seçici fəallığına ümid etdiyini bildirib və seçkilərin nəticələri ilə bağlı xoş hisslər keçirdiyini vurğulayıb.

Qeyd edək ki, İspaniyada təxminən 38,6 milyon nəfər səs vermək hüququna malikdir. Seçki məntəqələri yerli vaxtla saat 20:00-a qədər açıq olacaq.