Gəncədə köşkdən kişi meyiti tapıldı

Gəncədə kişi meyiti aşkarlanıb.

APA-ya istinadən, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Prospektdə yerləşən köşklərdən birində orta yaşlı kişinin meyiti tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

Ölən şəxsin kimliyi və ölümünün səbəbi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.