Ermənistan parlamentində təmsil olunan müxalifət qüvvələri Azərbaycanla sülh sazişinin imzalanması yolunda qalan sonuncu maneədir.
Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına verdiyi müsahibədə səsləndirib.
Hökumət başçısı bildirib ki, hazırda sülh prosesinin tamamlanması üçün müxalifətin atmalı olduğu konkret addım var: "Bu gün parlament müxalifəti sülhə gedən yolda son maneədir. Onlar konstitusiya referendumunun keçirilməsinə səs verməlidirlər".
Bununla belə, Paşinyan səsvermə zamanı müxalifətin konstitusiya referendumunun lehinə çıxış edəcəyinə inandığını deyib. Baş nazir sonda ölkəsinin tam hüquqlu institusional dövlətə çevrilməsinin vacibliyini də diqqətə çatdırıb.