Los-Anceles sahillərində 5 maqnitudalı zəlzələ olub

ABŞ-nin Los-Anceles şəhərinin sahillərində 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

İlkin məlumatlara görə, zəlzələ səhər saatlarında Manhetten-Biç şəhərinin sahilindən təxminən 10 kilometr aralıda baş verib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib.

Əsas təkanın ardınca 3,0 və 2,5 maqnitudalı azı iki afterşok qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Los-Anceles Yanğından Mühafizə Xidməti yüksək hazırlıq rejimi elan edib. Şəhərin quru, hava və dəniz yolu ilə yoxlanılması üçün əlavə qüvvələr cəlb olunub.

Mütəxəssislər kritik infrastrukturun və xüsusilə həssas ərazilərin vəziyyətini yoxlayırlar.