İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Liverpul” komandasında çıxış edən argentinalı yarımmüdafiəçi Aleksis Mak Allisteri transfer etmək niyyətindədir.
Bu barədə “Football Insider” məlumat yayıb.
Məlumata görə, Mak Allisterin “Liverpul”la müqaviləsi 2028-ci ilin iyununda başa çatır. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməsələr, Madrid klubu 2027-ci ildə futbolçunun transferi üçün hərəkətə keçə bilər.
27 yaşlı futbolçu ilə yeni müqavilə danışıqlarında əsas mübahisə mövzusu əməkhaqqıdır. Bildirilir ki, bu məsələ əvvəllər Trent Aleksander-Arnold və İbrahima Konatenin “Liverpul”dan ayrılaraq “Real Madrid”ə keçidində də mühüm rol oynayıb.