"Gürcüstan Avropadır" - Tbilisidə etiraz yürüşü keçirilir

Tbilisidə "İvanişvilisiz Gürcüstan" və "Gürcüstan Avropadır" şüarları altında etiraz yürüşü keçirilir.

Bu barədə "Georgia Online" məlumat yayıb.

Tədbir Gürcüstan hakimiyyətinin Avropaya inteqrasiya prosesini 2028-ci ilin sonuna qədər dayandırmaq qərarının ikinci ildönümünü qeyd edir.

İştirakçılar paytaxtın üç mərkəzi yerində - Tbilisi Dövlət Universiteti, Orbeliani Meydanı və Avlabari metro stansiyasında toplaşıblar.