Bakıda 57 yaşlı kişi kafedə bıçaqlanıb

Bakının Sabunçu rayonunda kafedə baş verən dava zamanı bir nəfər ağır xəsarət alıb.

Hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Canpolad Şamil oğlu Əmirov kafedə tanıdığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı o, bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.