SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb

Hörmüz boğazında iki gəmi minaya düşüb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Qeyd edilir ki, tankerlərdən biri Habbab limanı yaxınlığında minaya düşüb. Digər tanker isə Hörmüz boğazının şərqində minaya düşərək partlayıb və alovlanıb.

SEPAH-ın məlumatına görə, gəmilərin heyəti naviqasiya sistemlərini söndürərək, Hörmüz boğazından gizli keçmək niyyətində olub.

Qurum Hörmüz boğazındakı bütün icazəsiz marşrutların minalanması barədə xəbərdarlıq edib.