Ukrayna xarici işlər naziri Andrey Sibiqa Kiyevin Qara dənizdə atəşkəsin elan olunması ilə bağlı təkliflərini beynəlxalq tərəfdaşlara çatdırdığını bildirib.
Nazir bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Hazırda Rusiyanın cavabını gözləyirik. Bütün təkliflərimiz qarşı tərəfə çatdırılıb”, – deyə Sibiqa bildirib.
Onun sözlərinə görə, Ukrayna atəşkəsə hazırdır. Lakin Rusiya tərəfi razılaşmaya əlavə şərtlər, o cümlədən neft ixracı ilə bağlı tələblər daxil etməyə çalışır.