Emreli “Rakuv”da növbəti qolunu vurub

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşa çempionatının XVI turunda növbəti oyununu keçirib.

Komanda doğma meydanda “Pias”la üz-üzə gəlib. Start heyətində yer alan Mahir Emreli qarşılaşmanın 59-cu dəqiqəsində rəqib qapısına yol tapıb.

Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.