Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər

Suriyanın şərqdəki Deyr əz-Zor şəhərində İŞİD yaraqlılarının hücumu nəticəsində Daxili Təhlükəsizlik Qüvvələrinin iki əməkdaşı həlak olub.

"Report"un xəbərinə görə, bu barədə "Al Ikhbariya" telekanalı məlumat yayıb.

Məlumata görə, terrorçular şəhərin mərkəzindəki dairəvi yol yaxınlığında Daxili Təhlükəsizlik Qüvvələrinin patruluna hücum edərək iki əməkdaşı öldürüb, daha birini yaralayıblar.

Çərşənbə günü, noyabrın 25-də İŞİD üzvləri Suriyanın şimal-şərqindəki Haseke şəhərində Daxili Təhlükəsizlik Qüvvələrinin qərargahının yaxınlığında minalanmış motosikleti partladaraq terror aktı törədiblər. Həmin gün iki əməkdaş həlak olub, beş nəfər yaralanıb.

Daha əvvəl Suriyanın daxili işlər naziri Anas Xəttab bildirib ki, hüquq-mühafizə orqanları İŞİD-in Deyr əz-Zor, Rakka və Haseke əyalətlərində dövlət hakimiyyətinin möhkəmlənməsini pozmasına icazə verməyəcək.