"Amazon"un 20-dən çox ölkədəki işçiləri etiraz aksiyası keçirəcək

"Amazon"un əməkdaşları daha yüksək maaş və yaxşı iş şəraiti tələbi ilə 20-dən çox ölkədə tətil və etiraz aksiyaları keçirəcəklər.

Bu barədə qlobal həmkarlar ittifaqları federasiyası UNI Global Union məlumat yayıb.

Etirazlar noyabrın 30-dək davam edəcək. Almaniyada "Amazon"un obyektində tətil elan olunub, Hindistanda isə 23 obyektdə yürüşlər keçiriləcək.

Polşa, Braziliya, Yaponiya və Cənubi Afrikada da etirazlar gözlənilir. ABŞ-nin Çikaqo və Los-Anceles şəhərlərində də aksiyalar planlaşdırılır.