Əfsanə “Arsenal”ın çempion olacağına inanmır

London “Arsenal”ının keçmiş hücumçusu İan Rayt komandasının bu mövsüm İngiltərə çempionluğu uğrunda mübarizədəki perspektivləri barədə danışıb.

“The Touchline” Raytın sözlərini sitat gətirib:

“Düşünmürəm ki, bu mövsüm çempionluğu qazanaq. Yanvar ayında hücumçularımızla nəsə etməliyik. Qol vurmuruq!”

İngiltərə Premyer Liqasının 11 turundan sonra London komandası turnir cədvəlinə 28 xalla başçılıq edir və ən yaxın rəqiblərini 6 xal qabaqlayır. 29 noyabrda Mikel Artetanın komandası “Mançester Siti”ni qəbul edəcək.