Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammiti tamamilə mənasız və nəticəsiz olub.
"TASS"a istinadən, bunu Macarıstanın baş naziri Peter Madyar bildirib.
Onun sözlərinə görə, sammitdən sonra Aİ-nin büdcəsi ilə bağlı Avropa ölkələrinin mövqeləri daha da fərqlənib. Tərəflər arasında kompromis əldə olunmadığından liderlər dekabrın 16-da yenidən Brüsseldə görüşmək barədə razılığa gəliblər.
Madyar qeyd edib ki, Aİ-nin yeddiillik büdcə layihəsi ilə bağlı müzakirələr Milad bayramına qədər davam edəcək. Laki o, ilin sonunadək razılıq əldə olunacağını düşünmədiyini vurğulayıb.