Kostanyan: Azərbaycan və Ermənistan cəmiyyətləri arasındakı təmaslar sülh üçün vacibdir

Bakı və İrəvan arasında sülhün institusionallaşdırılması yolunda iki ölkə cəmiyyətləri arasındakı təmaslar çox mühüm əhəmiyyət kəsb edir.

"Armenpress"ə istinadən, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan "Sülh körpüsü" təşəbbüsünün iştirakçıları ilə görüşün yekunları üzrə bildirib.

"Təbii ki, biz TRIPP barədə də danışdıq, çünki çoxlu təzə xəbərlərimiz var idi. Bu mövzuda daha əvvəl ictimaiyyətimizə təqdim etdiyimiz məlumatları paylaşdım", - nazir müavini deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistanın xarici siyasətinə, iki ölkə arasında sülh prosesinin gedişatına dair suallar veriblər.