Ölkəmiz Hindistana neft ixracını 3,3 dəfə artırıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın Hindistana neft ixracının fiziki həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycandan Hindistana bitumlu süxurlardan alınmış 666,5 milyon dollar dəyərində 830 min ton neft və neft məhsulları ixrac edilib.

Trend-in Komitənin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 540,4 milyon dollar və ya 5,3 dəfə, fiziki həcmdə isə 579,9 min ton və ya 3,3 dəfə artıb.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Hindistana 126,1 milyon dollar dəyərində 250,1 min ton bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixrac olunub.

Komitənin məlumatına əsasən, Hindistan 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft və neft məhsullarını idxal edən ölkələr arasında üçüncü yeri tutub.

2021-2025-ci illərdə Azərbaycanın Hindistana bitumlu süxurlardan alınmış neft və neft məhsulları ixracının həcmi və dəyəri aşağıdakı kimi dəyişib:

İl · İxracın həcmi · İxracın dəyəri

2021 · 1,261 milyon ton · 584,2 milyon dollar

2022 · 2,016 milyon ton · 1,625 milyon dollar

2023 · 2,025 milyon ton · 1,227 milyon dollar

2024 · 1,169 milyon ton · 729,8 milyon dollar

2025 · 335 min ton · 167,3 milyon dollar