Aparıcının bağ evindən görüntülər - VİDEO

Əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunan və təkrar törətdiyi cinayətlərə görə axtarışda olan Əlihüseyn Hüseynovun gizlədildiyi deyilən və aparıcı Fira Cəlilovaya məxsus Novxanı qəsəbəsindəki bağ evindən görüntülər təqdim edilib.

Baku TV-yə istinadən, çəkiliş zamanı bağ evində aparıcının anası olub.

O, çəkiliş qrupuna irad bildirdikdən sonra evə girib.

Qeyd edək ki, aparıcı Fira Cəlilovanın bağ evində gizləndiyi deyilən Əlihüseyn Hüseynov əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunub və təkrar törətdiyi cinayətlərə görə axtarışda imiş. O, bir müddət əvvəl rayonların birindən Bakıya gəlib.

Ə.Hüseynovun aparıcının anasının tanışlarından birinin xahişi ilə onların evinə yerləşdirildiyi bildirilir. Məlumata görə, Ə.Hüseynov 10 gündən artıq imiş ki, həmin evdə gizlədilibmiş.

Həmin bağ evindən görüntüləri təqdim edirik: