Horadiz–Ağbənd yolunda 8 stansiya tikiləcək

Horadiz–Ağbənd dəmir yolu xətti üzrə 8 stansiyanın tikintisi planlaşdırılır.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, Horadiz–Ağbənd dəmir yolu xəttinin layihələndirmə işlərinin 85%-i başa çatıb. Azərbaycanı Zəngəzur dəhlizinə aparan yolun tikinti işlərinin isə 73%-i yerinə yetirilib.

"Horadiz–Ağbənd dərmiyol xəttinin III mərhələsi üçün 5 körpü tikilib. 1 tunel, 2 qalereya, 2 alt keçid və 1 yükləmə-boşaltma meydançasının inşası davam etdirilir. Dəmiryol xəttinin ox üzrə uzunluğu 110,4 km-dir",-deyə məlumatda bildirilib.