“Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli şəxsi vəfat edib.

Ölkə.az-a istinadən, qurumun Qəbələ stansiyasının rəisi Faiq Mustafayev dünyasını dəyişib.

Onun ölümünə qəfil ürəktutması səbəb olub.

Qeyd edək ki, F. Mustafayev 1984-cü ildə anadan olub.

O, 20 ilə yaxın “Azərbaycan Dəmir Yolları”nda çalışıb.

Allah rəhmət eləsin!