Moldova Prezidenti Maya Sandu vətəndaşlara qarşıdan gələn qışın çətin keçəcəyini bildirib və yeni Baş nazir Vasili Tofana uğurlar arzulayıb.
Prezident bu barədə "Jurnal TV" telekanalının efirində danışıb.
“Düşünürəm ki, o, hələlik vəzifəsinin öhdəsindən yaxşı gəlir. Böhranlar bir-birini əvəz edir və qarşıdan gələn qış, ilk növbədə, vətəndaşlar, eləcə də imkanları daxilində həll yolları tapmağa və əhaliyə kömək etməyə borclu olan hökumət üçün çətin olacaq. Ölkənin maliyyə vəziyyəti mürəkkəbdir”, – deyə Sandu bildirib.
Onun sözlərinə görə, son vaxtlar görüşdüyü Avropa İttifaqına üzv ölkələrin liderləri də enerji resurslarının bahalaşması səbəbindən ciddi çətinliklərlə üzləşdiklərini bildirirlər.
“Pul çatışmazlığı səbəbindən iki ölkədə hökumətlər az qala istefaya getməli oldu. Aydındır ki, bu, hamı üçün çətin dövrdür. Moldovanın vəziyyəti digər ölkələrlə müqayisədə daha mürəkkəbdir, çünki resurslarımız daha azdır. İrandakı müharibənin səbəb olduğu bu enerji böhranı bizə çox böyük maliyyə yükü yaradır. Buna görə də Baş nazirə və hökumətə uğurlar arzulayıram, çünki qarşıdakı aylar çətin olacaq”, – prezident qeyd edib.
Moldovada 2022-ci ildə elektrik enerjisi və qazın bahalaşması inflyasiyanın 30 faizə qədər yüksəlməsinə səbəb olub.