Şəmkirdə lentə alındığı iddia edilən ayı ilə bağlı rəsmi açıqlama

Şəmkir Rayon İcra Hakimiyyəti Keçili kəndində ayı görüntülənməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Rəsmi məlumata əsasən, 26 noyabr 2026-cı il tarixində bir sıra kütləvi informasiya vasitəsilərində və sosial şəbəkə səhifələrində Şəmkir rayonunun Keçili kəndi ərazisində qonur ayının müşahidə olunması və yaşayış sahələrinə yaxınlaşması ilə əlaqədar yayılmış məlumatlar həqiqətə uyğun deyil:

“Şəmkir rayon İcra Hakimiyyəti bütün media vasitələrini dəqiqləşdirilməmiş məlumatları paylaşmaqdan çəkinməyə, məlumatların dərcindən öncə onları rəsmi mənbələr əsasında yoxlamağa çağırır”.