Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Ölkə.az-a verilən xəbərə görə, Zəngəzur dəhlizinə birləşəcək strateji əhəmiyyətli dəmiryol xəttinin 3-cü mərhələsi üzrə 5 körpü tikilib.
Həmçinin xətt boyunca 1 tunel, 2 qalereya, 2 alt keçid və 1 yükləmə-boşaltma meydançasının inşası davam etdirilir.
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə 8 stansiyanın tikintisi planlaşdırılıb.
Könül Vəliyeva