Rusiya və Çin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasının tərəfdarıdır. Bu isə regionun iqtisadi və tranzit potensialını tam şəkildə reallaşdırmağa imkan verəcək.
Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
O bildirib ki, Rusiya-Çin əməkdaşlığı beynəlxalq təhlükəsizlik sisteminin əsas elementlərindən biri və qlobal tarazlığın qorunmasında mühüm amildir:
“Rusiya və Çin həmfikir tərəfdaşları ilə birlikdə daha ədalətli çoxqütblü dünya nizamının qurulmasına, Cənubi Qafqazın da daxil olduğu Avrasiyada bərabər və bölünməz təhlükəsizlik, eləcə də əməkdaşlıq məkanının formalaşdırılmasına töhfə verirlər”.