Azərbaycanın yaxın ölkələrlə alış-verişi – Milyonluq satışlar və milyonluq…

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə 2,8 milyard dollarlıq, Rusiyaya 1 milyard 19,5 milyon dollarlıq ixrac qeydə alınıb.

Medianews.az bildirir ki, qalan yaxın ölkələr Dövlət Gömrük Komitəsinin hesabatında ixrac dəyərinə görə belə sıralanır:

Gürcüstan – 851,8 milyon dollar

Ukrayna – 203,2 milyon dollar

Özbəkistan – 121,8 milyon dollar

Qazaxıstan – 105,1 milyon dollar

Türkmənistan – 77,2 milyon dollar

Belarus – 64,2 milyon dollar

Qırğızıstan – 41,7 milyon dollar

İran – 26,6 milyon dollar

Ermənistan – 23,6 milyon dollar

Tacikistan – 20,6 milyon dollar

Estoniya – 6,1 milyon dollar

Moldova – 5,5 milyon dollar

Latviya – 4,2 milyon dollar

Litva – 2,3 milyon dollar.

Rusiyadan 1,98 milyard, Türkiyədən 1,96 milyard dollarlıq idxal rəsmiləşib.

Qalan yaxın ölkələrdən idxal göstəriciləri belədir:

İran – 497,7 milyon dollar

Belarus – 344,5 milyon dollar

Ukrayna – 240,8 milyon dollar

Özbəkistan – 177,4 milyon dollar

Gürcüstan – 146 milyon dollar

Qazaxıstan – 144,4 milyon dollar

Türkmənistan – 99,5 milyon dollar

Litva – 19 milyon dollar

Latviya – 17,4 milyon dollar

Estoniya – 8,7 milyon dollar

Qırğızıstan – 7,1 milyon dollar

Moldova – 4,7 milyon dollar

Tacikistan – 1,5 milyon dollar

Ermənistan – 96,46 min dollar.