Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” futbol klubunun prezidenti Sərdal Adalı ilə telefon danışığı aparıb. Söhbət zamanı Gürcüstanda keçirilən oyun zamanı baş verən insident müzakirə olunub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Batumidə “Hapoel Beer Şeva” ilə keçirilən qarşılaşma zamanı “Beşiktaş” azarkeşlərinin Fələstin bayrağı qaldırmasına Gürcüstan polisi müdaxilə edib. Bu isə stadionda gərginliyə və insidentə səbəb olub.

Hadisədən sonra qarşılaşma müvəqqəti olaraq dayandırılıb. Bir müddət sonra isə oyun yenidən bərpa edilib.