Gürcüstanda qalmaqallı oyun: Beşiktaş İsrail təmsilçisini 2:1 uddu

Türkiyənin “Beşiktaş” klubu UEFA Avropa Liqasının V turunda İsrail təmsilçisi “Hapoel Beer-Şeva”nı 2:1 hesabı ilə məğlub edib. Gürcüstanda keçirilən qarşılaşma tribunadakı insidentlərlə də yadda qalıb.

Junior Olaitan 75-ci, Orkun Kökçü isə 90-cı dəqiqədə fərqlənib. Qarşılaşma zamanı Orkun penalti zərbəsindən yararlana bilməyib.

Matçın 26-cı dəqiqəsində Fələstin bayraqları qaldıran azarkeşlərə Gürcüstan polisi müdaxilə edib və gözyaşardıcı qazdan istifadə olunub. İğtişaş səbəbindən dayandırılan oyun fasilədən sonra davam etdirilib. Hadisələr zamanı bir “Beşiktaş” azarkeşi xərəkdə stadiondan çıxarılıb.

Bundan başqa, “Beşiktaş” futbolçuları oyunöncəsi mərasimdə İsrail komandasının üzvləri ilə əl sıxmayıblar.